FİDE prezidenti istefası ilə bağlı xəbəri təkzib etdi - Yenilənib

FİDE prezidenti istefası ilə bağlı xəbəri təkzib etdi -  Yenilənib
XƏBƏR 27 Mart 2017 / 17:30 1662
-  A +

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov istefa verməsi ilə bağlı xəbəri təkzib edib. 

Qol.az-ın xəbərinə görə, o, vəzifəsindən getmədiyini deyib: "Məni vəzifədən götürmək istəyirdilər, amma bunu bacarmadılar. Mən heç nəyi imzalamamışam və istefaya getməyəcəyəm”.

Qeyd edək ki, bir qədər əvvəl federasiyanın rəsmi saytı İlümjinovun istefa verdiyini açıqlamışdı.

Əlavə edək ki, Kalmıkiya Respublikasının sabiq prezidenti 1995-ci ildən FİDE-yə rəhbərlik edirdi.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə