“Qarabağ”dan “Adanaspor”a transfer olunan Reynaldo Silva zədələnib.
Qol.az-ın xəbərinə görə, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.
Braziliyalı futbolçunun müalicəsi davam etdiyindən o, komandasının son məşqlərinə qatılmayıb. Onun aprelin 3-də superliqada “Qalatasaray”a qarşı matçda iştirak edib-etməyəcəyi bilinmir.
Qeyd edək ki, Reynaldo son olaraq martın 11-də “Karabükspor”la oyunda meydana çıxıb.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq