Löv “Maşallah” dedi

Löv “Maşallah” dedi
XƏBƏR 27 Mart 2017 / 00:22 7503
-  A +

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizlə görüşdən sonra Almaniya yığmasının baş məşqçisi Yoahim Lövün iştirakı ilə keçirilən mətbuat konfransında maraqlı anlar yaşanıb.

Qol.az-ın məlumatına görə, təcrübəli mütəxəssis böyükhesablı məğlubiyyətə baxmayaraq, ylğmamızın çıxışı haqda müsbət fikirlər səsləndirib.

Löv hətta Azərbaycan yığması haqda danışarkən müsəlmanlara xas tərzdə “Maşallah” deyib:

“Ardıcıl 8 oyunda qapımızı toxunulmaz saxlamaq istərdik. Lakin Azərbaycan millisi bizə qol vurdu. Hiss edirəm ki, futbolunuz inkişaf edir, oyunçularınız topla daha yaxşı davranırlar. Maşallah, Azərbaycan futbolu böyük addımlarla irəli gedir”.

Son xəbərlər
topaz banner