"Almanlar qalib gəlmək istəyirsə..." - Foqts
“Azərbaycan millisinin 5-6 futbolçusu Bundesliqa və ya Premyer Liqada oynaya biləcək səviyyədədi. Ancaq onlar Azərbaycanda rahatdılar və çox pul qazanırlar. Məhz buna görə xaricə getmirlər”.
Qol.az-ın xəbərinə görə, bu sözləri millimizin sabiq baş məşqçisi Berti Foqts Almaniya mətbuatına açıqlamasında deyib.
DÇ-2018-in seçmə mərhələsində sabah keçiriləcək Azərbaycan – Almaniya oyununu yayımlayacaq Almaniya televiziyasında ekspert olacaq 70 yaşlı mütəxəssis görüş haqda fikirlərini də bildirib: “Bu, çempionluq matçına bənzəyir. Almanlar qalib gəlmək istəyirsə, Azərbaycanı səhv etməyə məcbur etməlidir”.
Xatırladaq ki, Berti Foqts 2008-2014-cü illərdə Azərbaycan millisini çalışdırıb.