“Argentina ilə oyunda məğlubiyyətə layiq deyildik”
Çilinin baş məşqçisi Xuan Antonio Piççi DÇ-2018-in seçmə mərhələsində Argentinaya 0:1 hesabı ilə uduzduqları oyundan danışıb.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Çili yığmasının çalışdırıcısı komandasının məğlubiyyətə layiq olmadığını bildirib:
“Düşünürəm ki, Argentina ilə oyunda məğlubiyyətə layiq deyildik. Dünya çempionatına yüksəlmək şansımızı saxlamaq üçün növbəti oyunda Venesuellanı mütləq məğlub etməliyik.
Argentinanın heyətində güclü oyunçuların sayı çoxdur. Onların əksəriyyətinin qarşısını ala bilmişdik. Təəssüf ki, qol vura bilmədik. Əks halda, səfərdən ən azı 1 xalla qayıdacağdıq”.
Qeyd edək ki, Çili millisi 13 turdan sonra seçmə mərhələdə 6-cı yeri tutur.