Özil məşqə çıxmadı
Almaniya millisinin üzvü Məsut Özil DÇ-2018-in seçmə mərhələsində millimizə qarşı oyunu buraxa bilər.
Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın aparıcı üzvü Bakıya səfər öncəsi keçirilən son məşqə çıxmayıb. Onun kürəyində ağrı olduğunu bildirilir. Ancaq “Arsenal”ın futbolçusu Bakıya gətiriləcək.
Türk əsilli oyunçunun millimizlə görüşə çıxıb-çıxmayacağına sabah aydınlıq gələcək.
Xatırladaq ki, Azərbaycan - Almaniya oyunu martın 26-da keçiriləcək.