Almaniya millisinin daha bir futbolçusu Sami Xedira İngiltərə yoldaşlıq oyununu buraxacaq.
Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 29 yaşlı yarımmüdafiəçi zədə səbəbindən sözügedən matçda iştirak etməyəcək.
Onun DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizə qarşı oynayıb-oynamayacağı hələ müəyyənləşməyib.
Qeyd edək ki, Azərbaycan - Almaniya oyunu martın 26-ı Bakı vaxtı illə saat 20:00-da başlayacaq.