“Qarabağ”ın 462 günlük seriyası qırıldı
“Qarabağ”ın “Zirə” ilə oyunlardakı qələbə seriyası qırılıb.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, son 5 matçda rəqibini məğlub edən Ağdam təmsilçisi Topaz Premyer Liqasının XXIII turunun səfər matçında 1 xalla kifayətlənib – 0:0.
Qurban Qurbanovun komandasının “Zirə” ilə matçlardakı son xal itkisi 2015-ci il dekabrın 13-də qeydə alınıb. Həmin vaxt da qarşılaşma qolsuz bitib. 462 gündən sonra məğlubiyyət seriyasını qıran “Zirə” rəqibini “5”də saxlayıb.
Qeyd edək ki, “Qarabağ”ın tarixində eyni rəqiblə oyunlarda daha uzun qələbə seriyaları da var. Ağdam klubu MOİK-i ardıcıl 12, “Turan”ı ardıcıl 9 dəfə məğlub edib.