"Neftçi"nin futbolçusu millidən ayrıldı
“Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsini tərk edib.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, təlim-məşq toplanışına zədəli qoşulan yarımmüdafiəçi həkim müayinəsindən sonra millini tərk etməli olub.