Taekvondo üzrə kişilərdən ibarət yığma komandamızın baş məşqçisi Rəşad Əhmədov müsahibə verib. O, təyinatı və qarşıdan gələn İslam Həmrəyliyi Oyunları ilə bağlı sualları cavablandırıb.
- Yığma komandaya böyük məşqçi təyin olunmusuz. Necədi məşqçilik işi?
- Məşqçiliklə bağlı təklif mənə yığma komandanın baş məşqçisi Reza Mehmandustdan gəldi. Dedi ki, səndə yaxşı alınar, həm də komandanın idmançıları səni yaxşı tanıyır, böyük hörmət bəsləyir. Mən də götür-qoy etdim və razılaşdım. Reza bəy çox böyük məşqçidi, neçə-neçə olimpiya və dünya çempionları yetişdirib. Onunla çalışmaq mənim üçün də maraqlı və xoşdu. Qadınların yığmasına da mənim keçmiş komanda yoldaşım və dostum Elnur Amanov təyin edilib. Onların da məşqi bizimlə birlikdə olur deyə, bu vəzifədə olmağım ikiqat stimuldu.
- Federasiyanın Təşkilat komitəsinə rəhbərlik edirdiz. Həmin vəzifədə qalırsız yenə?
- Xeyr. Çatdırmaq olmur. Həm də bir əldə iki qarpız tutmaq nəyə lazımdı?!
- Digər komandalar kimi, siz də ölkəmizdə təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarına hazırlaşırsız. Hazırlıqdan danışardız.
- Hazırlıq yüksək səviyyədədi. İdmançıları xüsusi rejimlə bu yarışa hazırlayırıq. Hər bir prosesə xüsusi diqqət edirik.
- Bir çox çəkilərdə güclü rəqabət var. Seçim prosesi asan olmamalıdı...
- Elədi. Bəzi çəkilərdə artıq kimlərin çıxış edəcəyi müəyyənləşsə də, bəziləri açıq olaraq qalır. Qarşıda bizi Prezident Kuboku gözləyir. İdmançıları orda da sınaqdan keçirib, yekun qərarı verəcəyik.
- Hansılarda müəyyənləşib?
- 54 kiloqramda iki idmançı vardı nəzərimizdə. Biri Qaşım Maqomedov, digəri Mikayıl Əliyev. Mikayıl son iki yarışda uğursuz çıxış etdi, formada olmadığı göründü. Qaşım isə "Dutch Open"də qalib oldu. Çox güman ki, elə Qaşıma üstünlük veriləcək. 58 kiloqramda tək namizədimiz var, o da Fizam Mextiyevdi. 63-də Məhəmməd Məmmədov və Məmmədəli Quliyev arasında rəqabət gedir. Hələ konkret nəsə demək olmur burda. 68-də Ayxan Tağızadə və Sina Bəhrami arasında seçim edəcəyik. Ayxan Hollandiyadakı turnirin üçüncülük görüşündə Sinaya qalib gəldi. Bu, Ayxanın şanslarını nisbətən artırır. 74-də Səid Quliyevlə Ələsgər Əliyev var. Onların da hansının çıxış edəcəyi açıq olaraq qalır. Son üç çəkidə isə hər şey dəqiqləşib. 80-də Milad Beiqi, 87-də Ramiz Əzizov, +87-də Radik İsayev döyüşəcək.
- İslam Ölkələri arasında taekvondoda İran, Türkiyə və Özbəkistan xüsusi nəzərə çarpır. Bəs bilmirsiz, bu ölkələr əsas heyətləmi gələcək?
- İran çox güman ki, əsas heyətlə gələcək. Çünki onlar bütün yarışlarda iddialı olurlar. Eləcə də Türkiyə. Amma bir məsələ də var ki, İslamiadadan iki ay sonra da dünya çempionatı keçiriləcək. Bu, dediyiniz və digər ölkələrin seçimlərinə təsir edə bilər.
- Avropa Oyunlarında və son Olimpiadada göstərdiyiniz nəticələrdən dolayı, sizə böyük ümidlər var.
- İdmançıların potensialı bu iki turnirdəki kimi, hətta ondan da yaxşı çıxış etməyə imkan verir. Ancaq öncədən nəsə deməyək, yaxşısı.
Mənbə: sport24.az
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu
“Barselona”ya qol vurmağımız vacib olardı” - Dambrauskas
Hakimi klub rəhbərliyinə müraciət etdi
Endrik 2-3 həftə oynamayacaq
La Liqanın vitse-prezidenti istefa verdi
Mərakeş Seneqalı ittiham edir
Natan Saliba "Sabah"la oyunu buraxacaq
“Barselona”nın Bakıdan maraqlı paylaşımı - Video
FİFA geniş tənqidlərdən sonra bu ideyadan imtina etdi
Qarabağa səfər, tarixi şəhərdə futbol günü - Video
1-ci liqada həftənin hakimləri məlum oldu
“Bavariya” rəhbərliyindən Musiala açıqlaması
Azərbaycanlı futbolçu Konfrans Liqasına sifariş edildi
Dünya çempionatında 15:0 hesabı
ÇL-in oyunlarını yayımlayacaq kanallar
Bu qış transferlər üçün çox pul xərcləməyəcəklər
Osimhen "Aston Villa"ya qarşı oynayacaq?
Cerrard Poçettinonu tənqid etdi
Çempionlar Liqasında 5-ci tur başlayır
“Çelsi”də uğursuz nəticələr – Alonso göndəriləcəkmi?
“Maaşları 50 faiz azaldılsın!”
Tebas: “Hakimlərə ən böyük təzyiqi “Real” Madrid edir”
İlin ən yaxşı gənc oyunçusu oldu
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir