“Heç vaxt “Real”ı çalışdırmaram” – Simeone

“Heç vaxt “Real”ı çalışdırmaram” –  Simeone
XƏBƏR 21 Mart 2017 / 16:03 4457
-  A +

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone gələcək karyerası haqda danışıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı mütəxəssis digər La Liqa klublarını da çalışdıra biləcəyini deyib. Yalnız “Real”dan başqa.

“Mən gəncəm. Bir gün başqa İspan klublarında da işləyə bilərəm. Ancaq “Real”ı heç vaxt çalışdırmaram” –deyə Simeone qeyd edib.

O, hələlik Argentina millisi haqda da düşünmədiyini bildirib: “Bir vaxtlar millinin baş məşqçisi olmaq istəyirdim. Ancaq bunun üçün karyeramın ən yüksək həddinə çatmalıyam”.

Qeyd edək ki, 46 yaşlı mütəxəssis 2011-ci ildən “Atletiko”nu çalışdırır.

Son xəbərlər
topaz banner