Renat Dadaşov Almaniyada növbəti qolunu vurdu

Renat Dadaşov Almaniyada növbəti qolunu vurdu
XƏBƏR 18 Mart 2017 / 17:21 3966
-  A +

Millimizə cəlb olunan Renat Dadaşov  “Ayntraxt”ın U-19 komandasında növbəti oyununa çıxıb.

Qol.az-ın xəbərinə görə, Frankfurt təmsilçisi öz meydanında “Hoffenhaym”ı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Oyunda hesabı qonaqlar açıb. Renat Dadaoş isə matçın 76-cı dəqiqəsində komandasının bərabərlik qolunu vurub.

Qeyd edək ki, Dadaşov ötən tur het-trik etmişdi.


Son xəbərlər