İnyesta “Yuventus”dan danışdı

İnyesta “Yuventus”dan danışdı
XƏBƏR 18 Mart 2017 / 14:30 3861
-  A +

“Barselona”nın kapitanı Andres İnyesta Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkünü dəyərləndirib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli yarımmüdafiəçi rəqibi yüksək qiymətləndirib:

“Yuventus” bütün italyan klubları kimi müdafiədə çox yaxşı oynayır. Bundan başqa, onların hər an matçın taleyini dəyişə bilən futbolçuları var. Bütün mövqelərdəki oyunçuları dünya səviyyəlidir. Ancaq öz oyunumuzu sərgiləyə bilsək, qələbə şansı bizim tərəfdə olacaq”.

Qeyd edək ki, komandalar arasında ilk görüş aprelin 11-də, cavab qarşılaşması isə aprelin 19-da keçiriləcək.

Daha çox


Son xəbərlər