Emin oynadı, Kamran baxdı

Emin oynadı, Kamran baxdı
XƏBƏR 18 Mart 2017 / 02:40 5918
-  A +

Portuqaliya çempionatında 26-cı turun oyunlarına start verilib.

Qol.az-ın xəbərinə görə, milli komandamızın üzvləri Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" səfərdə "Eştoril"in qonağı olub. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Emin 81-ci dəqiqədə meydana daxil olub. Kamranın adı isə “18-liy”ə salınmayıb.

Qeyd edək ki, “Boavişta” 34 xalla 8-ci pillədə qərarlaşıb.

Son xəbərlər