Çempionlar Liqasında həftənin ən yaxşısı odur

Çempionlar Liqasında həftənin ən yaxşısı odur
XƏBƏR 17 Mart 2017 / 18:40 3379
-  A +

Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən səsverməyə əsasən “Lester”in qapıçısı Kasper Şmeyxel ən yaxşı futbolçu seçilib.

O, səslərin 36 faizini toplayıb. Yan Oblak ("Atletiko" Madrid) 31 faizlə 2-ci,  Kulian Mbappe ("Monako") 18 faiz səslə 3-cü olub.

Qeyd edək ki, danimarkalı qolkiper Çempionlar Liqasının 1/8 finalında “Sevilya” ilə hər iki matçda penaltini dəf edərək komandasının mərhələ adlamasında böyük pay sahibi olub.

Daha çox


Son xəbərlər