Zidan püşkü dəyərləndirdi

Zidan püşkü dəyərləndirdi
XƏBƏR 17 Mart 2017 / 17:40 6719
-  A +

"Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/4 final  mərhələsinin püşkünü dəyərləndirib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, fransalı çalışdırıcı "Bavariya"nın çətin rəqib olduğunu deyib:

"Bilirik ki, çətin qarşılaşmalar olacaq. Yaxşı oyun keçirməyə və qələbə qazanmağa çalışacağıq. Şansları bərabər qiymətləndirirəm".

Zidan püşkün düzgün keçirildiyinə inandığını bildirib. O, püşk zamanı soyuq şardan istifadə edilməsinin pümkün olmadığını qeyd edib: "Siz soyuq şardan danışırsınız, mən isə buna yalnız gülə bilərəm. Bilirik ki, belə hallar olmur. Onu deyə bilərəm ki, bizə çox çətin rəqib düşüb".

44 yaşlı mütəxəssis "Bavariya"nın baş məşqçisi Karlo Ançelotti ilə "Real"da çalışdıqları dövrü də xatırlayıb: "Mən Karlodan çox şey öyrənmişəm. Biz bir-birimizi yaxşı tanıyırıq. Ancaq əsas olan oyun sxemi deyil, işə münasibətdir".

Son xəbərlər