"Barselona"dan qorxmuruq" - Pavel Nedved

"Barselona"dan qorxmuruq" -  Pavel Nedved
XƏBƏR 17 Mart 2017 / 17:01 6038
-  A +

"Yuventus”un vitse-prezidenti Pavel Nedved Çempionlar Liqasının 1/4 final mərhələsinin  püşkünü dəyərləndirib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, veteran futbolçu “Barselona”dan çəkinmədiklərini bildirib:

“Dünyanın ən güclü komandalarından biri ilə qarşılaşacağıq. Bizi çox maraqlı oyun gözləyir. Komandamız “Barselona”nı məğlub etməyə qadirdir. Rəqibdən qorxmuruq, sona qədər mübarizə aparacağıq. İlk matçın Turində olmağının bizim üçün heç bir üstünlüyü yoxdur. “Yuventus” hər iki qarşılaşmada sona qədər tam gücüylə oynamağa hazır olmaldır”.

Qeyd edək ki, komandalar arasında ilk görüş aprelin 11-də, cavab qarşılaşması isə aprelin 19-da keçiriləcək.

Daha çox


Son xəbərlər