"Məqsədimiz qələbədir" - "Kəpəz"in futbolçusu

"Məqsədimiz qələbədir" -  "Kəpəz"in futbolçusu
XƏBƏR 17 Mart 2017 / 14:45 1356
-  A +

“Sonuncu oyunumuzla qarşıdakı matç arasında vaxt az olsa da, yaxşı hazırlaşmışıq. Əslində bütün görüşlərə eyni formada hazırlaşırıq, sadəcə, “Zirə” ilə oyuna kimi bəxtimiz gətirmirdi".

Qol.az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in futbolçusu Şəhriyar Əliyev klubun saytına açıqlamasında deyib.

O, Topaz Premyer Liqanın 23-cü turunda "Sumqayıt"la qarşılaşacaqları oyun haqda da fikirlərini bildirib: “Sumqayıt”a qarşı görüşdə 3 xal qazanmağa çalışacağıq, məqsədimiz qələbədir. Qarşımızda duran əsas vəzifə xal ehtiyatımızı artırmaqla turnir cədvəlində yerimizi yuxarıya doğru dəyişməkdir. Həm də Novruz öncəsi olduğundan bayrama yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirik”.

Qeyd edək ki, "Kəpəz" - "Sumqayıt" oyunu sabah keçiriləcək.

Son xəbərlər