Renat Dadaşov Almaniya ilə oyuna çağırıldı

Renat Dadaşov Almaniya ilə oyuna çağırıldı
XƏBƏR 17 Mart 2017 / 14:20 3985
-  A +

“Ayntraxt”ın U-19 komandasının üzvü olan Renat Dadaşov millimizə dəvət alıb.

Qol.az-ın məlumatına görə, bu barədə Frankfurt klubunun rəsmi saytı xəbər yayıb.

Millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində martın 26-da Almaniya ilə keçiriləcək oyun üçün gənc  hücumçuya dəvət göndərib. 17 yaşlı futbolçu almanlarla oyunda millimizin heyətində debüt edə bilər.

Dadaşovun həftəsonu Bakıya gələcəyi bildirilir.

Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner