“Beşiktaş” 10 nəfərlə qalsa da...

“Beşiktaş” 10 nəfərlə qalsa da...
XƏBƏR 17 Mart 2017 / 00:00 2377
-  A +

“Beşiktaş” Avroliqanın 1/4 final mərhələsinə yüksəlib.

Qol.az-ın məlumatına görə, matça erkən qollarla başlayan İstanbul klubu ilk yarının sonunda çətin duruma düşüb.

39-cu dəqiqədə Aboubakar qırmızı vərəqə alıb. Lakin 10 nəfərlə qalan “Qara qartal” ruhdan düşməyib, əsl xarakter göstərərək, nəinki qırmızı vərəqəyə qədər olan hesabı qoruyub, hətta 61 dəqiqə qapısını toxunulmaz saxlamaqla yanaşı, 2 qol da vurub.

Yekunda 4:1 hesabı qalib gəlib gələn Şenol Günəşin komandası Avroliqada ən yaxşı 8 komanda arasına adını yazdırıb.

Son xəbərlər
topaz banner