Runi yenə oynamayacaq

Runi yenə oynamayacaq
XƏBƏR 15 Mart 2017 / 21:12 1566
-  A +

"Mançester Yunayted"in futbolçuları Ueyn Runi və Antoni Marsyal Avropa Liqasının 1/8 finalında "Rostov"la cavab qarşılaşmasını buraxacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun baş məşqçisi Joze Mourinyo məlumat verib. O, zədəli oyunçuların sözügedən matça kimi hazır olmayacağını deyib.

Qeyd edək ki, "Mançester Yunayted" - "Rostov" görüşü sabah keçiriləcək. Bu komandalar arasında ilk oyunda da Runi və Marsyal eyni səbəbdən iştirak etməyib.


Son xəbərlər
topaz banner