Bədavi 150-ə çatdı

Bədavi 150-ə çatdı
XƏBƏR 15 Mart 2017 / 15:26 1587
-  A +

Topaz Premyer Liqasının XXII turu "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov üçün əlamətdar olub.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, milli komandamızın üzvü ölkə çempionatında 150-ci oyununu keçirib.

Yubileyi AZAL üzərində 1:0 hesablı qələbəyə təsadüf edən müdafiəçi bu müddətdə 1 qol vurub. Premyer Liqada 2011/12 mövsümündə debüt edən Hüseynov öncə “Sumqayıt”da (26 oyun), sonra “Qarabağ”da (124 oyun, 1 qol) forma geyinib.

Son xəbərlər
15.05.24  12:50

Tovuzda master-klass