Mario Qomez millidən gedəcəyi vaxtı açıqladı

Mario Qomez millidən gedəcəyi vaxtı açıqladı
XƏBƏR 15 Mart 2017 / 14:34 2075
-  A +

Almaniya millisinin futbolçusu Mario Qomez yığmadan gedəcəyi vaxtı açıqlayıb.

Qol.az-ın xəbərinə görə, yerli mətbuata açıqlama verən "Volfsburq"un  hücumçusu DÇ-2018-dən sonra milli karyerasını başa vuracağını deyib:

"Bu turnir mənim üçün sonuncu olacaq. Real danışmaq lazımdır. Dünya çempionatında mənim 33 yaşım olacaq. Kloze kimi 35 yaşında formada qalan hücumçular çox azdır".

Qeyd edək ki, 32 yaşlı futbolçu 2007-ci ildən Almaniya millisində çıxış edir. O, bu müddət ərzində 69 oyuna 29 qol vurub.

Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner