"Bu il zəngin futbol ili oldu. Bir sıra uğurlar əldə etdik. Müsbət hallarla yanaşı, mənfi məqamlarda var. Bunlardan biri I divizionda danışılmış oyunlardır. Artıq qanunda edilən dəyişikliyə əsasən, danışılmış oyun cinayət sayılır".
Qol.az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov qurumun Hesabat Konfransında deyib.
E.Məmmədov danışılımış oyunların bir xəstəlik, virus olduğunu bildirib. Baş katib AFFA prezidenti Rövnəq Abdullayevin göstərişi ilə araşdırmalara başladıqlarını söyləyib: "İntizam Komitəsinin qərarı ilə bəzi şəxslərlə bağlı ölçü götürüldü. Bu halların qarşısı alınmalıdır. Bütün futbol ictimaiyyətinə müraciət edirəm ki, bu virusa qarşı birgə mübarizə aparaq. Əks halda sanksiya ilə üzləşə bilərik".
E.Məmmədov Azərbaycan Premyer Liqasında çıxış edən klubların sayının azlığına da diqqət çəkib: "Biz də istərdik ki, Azərbaycan Premyer Liqasında 8 deyil, 10-12 komanda iştirak etsin. Lakin bu, maliyyə ilə bağlıdır".
AFFA-nın baş katibi həmçinin, UEFA İcraiyyə Komitəsinə namizədliyini irəli sürməkdə göstərdiyi dəstəyə görə, R.Abdullayevə minnətdarlıq edib.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama