AFFA-nın növbəti Hesabat Konfransı başlayıb.
Qol.az-ın məlumatına görə, tədbirdə İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabat təqdim olunub, maliyyə hesabatı, növbəti ilin büdcəsi təsdiqlənib.
Konfransda İcraiyyə Komitəsində mövcud olan 1 vakant yerə seçki də keçirilib. Həmin vəzifəyə yeganə namizəd olan Azərbaycan Futzal Ferderasiyasının prezidenti Zaur Axundov seçilib.
AFFA prezidenti Rövnəq Abdullayev giriş sözü ilə çıxış edərək, görülən işlərdən danışıb: “Hesabat dövrü ərzində bir çox layihələr həyata keçirildi. Dünya çempionatının seçmə mərhələsinə “Niyə də yox?” devizi ilə başladıq, bu da özünü doğrultdu. Millimiz ilk oyunlarda azarkeşləri sevindirdi. İnanıram ki, bunun ardı gələcək. Bundan əlavə, "Qarabağ" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsində yaxşı oyunlar göstərdilər. AÇ-2020-nin loqosunun təqdimat mərasimi yüksək səviyyədə keçirildi. Ölkə prezidentinə futbolumuza göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk. Azərbaycan futbolunun inkişafı prezidentimizin dəstəyi nəticəsində baş verir. 2019-cu ildə Çempionlar Liqası və Avropa Liqasının finalını paytaxtımızda təşkil etmək istəyirik. Bu finallardan birinin burda keçirilməsinə çalışırıq. AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizəddi, digər namizədlərlə mübarizə aparacaq. Ona uğurlar arzu edirəm".
Konfransda AFFA-nın baş katibi Elxan Məmmədov da çıxış edib.
Konfransdan sonra AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama