"Qarabağ"ın futbolçusu İlqar Qurbanov Topaz Premyer Liqanın 22-ci turunda AZAL-la oyundan (1:0) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Çətin qələbə qazandınız.
- Sevinirik ki, qələbə qazandıq. Çox maraqlı, yüksək templi oyun keçdi. Yaxşı mübarizə apardıq, amma bir çox qol vəziyyətlərindən yararlana bilmədik. İkinci hissədə qələbə topunu vurmağı bacardıq. Çempionatın sonlarına yaxınlaşırıq. Xal itirmək bizim üçün böyük itki olar. Hər oyuna ciddi hazırlaşırıq. Daha səbrli, ağıllı oynayırıq.
- İlk hissədə sanki komandada aqresiya çatmırdı, təhlükəli epizodlar yarada bilmirdiniz. Səncə, səbəbi nədir?
- Bir çox imkanımız oldu. Qol vura bilməyəndə də səbrli olmalısan. Çünki əks halda, öz qapında qol görə bilərsən. İkinci hissə tempi artırdıq və qələbə qolunu vurduq.
- Sənin mövqeyində oynayan, çox vaxt ehtiyatda qalan komanda yoldaşın Arif Daşdəmirov yığmaya çağırıldı, ancaq sən dəvət olunmadın. Təəssüf hissi keçirirsən?
- Xeyr. Bu sualı hər zaman verirlər mənə. Mən bu barədə bir şey deyə bilmərəm. Təbii ki, milli komandada oynamaq istəyərəm. Artıq 7 ildir ki, yığmadan kənarda qalmışam.
- Bəlkə, sən də Prosineçkinin fəlsəfəsinə uyğun gəlmirsən?
- Bilmirəm, bu fəlsəfə nədir. İnşallah, biz də o fəlsəfəyə uyğun gələrik (gülür).
Məftun RƏSULZADƏ
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama