Ronaldinyodan “Qəbələ” paylaşımı

Ronaldinyodan “Qəbələ” paylaşımı
XƏBƏR 14 Mart 2017 / 21:15 5442
-  A +

“Qəbələ” ilə müqavilə imzalamağa hazırlaşan məşhur futbolçu Ronaldinyo bu barədə Dubaydan ilk xəbəri özü paylaşıb.
 
Qol.az-ın məlumatına görə, braziliya futbolunun canlı əfsanəsi sosial şəbəkədəki hesabında "Qəbələ" forması geyinmiş uşaqla şəklini yerləşdirib.
 
Qeyd edək ki, “Qəbələ” rəsmiləri də sözügedən məsələ ilə əlaqədar Dubaydadılar. Sabah sözügedən şəhərdə tərəflər arasında 2 illik müqavilə imzalanacaq. “Qırmızı-qaralar”ı burada klubun vitse-prezidenti Fariz Nəcəfov, Futbol Akademiyasının direktor müavini Nail Kərimov, Media və Marketinq direktoru Səməd Nəsibov, kommersiya direktoru Mustafa Aztopal təmsil edəcək. Bundan başqa, Bakıdakı məktəb haqqında reklam roliki də çəkiləcək.




Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər