Topaz Premyer Liqanın 22-ci turunda "Zirə"yə qalib gələn "Kəpəz"in yeganə qolunun müəllifi Juiel Ebah oldu.
Qol.az-ın xəbərinə görə, kamerunlu hücumçu oyunla bağlı klubun saytına açıqlama verib:
“Digər oyunlar kimi bu matçımız da çətin alındı. Ötən tur qələbə qazanmağa yaxın olsaq da, son dəqiqələrdə buraxdığımız qolla 2 xal itirmişdik. Bu il çempionatda qələbə qazana bilmədiyimizdən üzərimizdə təzyiq vardı. Qələbəsiz çətin idi. Ona görə də "Zirə"yə qarşı görüşdə meydana ancaq 3 xal məqsədi ilə çıxmışdıq. Bunu da bacardıq. Bizim üçün əhəmiyyəti böyük olan oyunda qalib gəldik”.
Ebahın vurduğu qol özü üçün də əlamətdar olub. Belə ki, o, uzun müddət idi ki, fərqlənə bilmirdi: “Qol vurmağımı normal qəbul edirəm. Fərqlənməyimdə təəccüblü bir şey yoxdu. Hücumçuyam, rəqib qapısına ən yaxın mövqedə oynayıram, odur ki, qol vurmaq mənim işimdi. Düzdü, mənim qolum oyunda yeganə olduğundan qalib gəlməyimiz üçün vacib rol oynadı. Ancaq bu təkcə mənim adıma yazılacaq iş deyil, bütün komandanın əməyidi. Hər matçda fərqlənməyə çalışıram, amma bir müddət idi ki, alınmırdı. Qolumu yeni doğulan qızıma həsr edirəm. Onun şərəfinə qol vurduğum üçün çox xoşbəxtəm”.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama