“Baş məşqçimiz əsəbindən belə deyib” – Vurğun Hüseynov

“Baş məşqçimiz əsəbindən belə deyib” –  Vurğun Hüseynov
GÜNDƏM 14 Mart 2017 / 00:10 2370
-  A +

“Çalışırdıq ki, xal ehtiyatımızı artıraq. “Zirə” ilə xal fərqimizi 3-ə endirmək istəyirdik. Təəssüflər olsun ki, alınmadı”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Topaz Premyer Liqanın 22-ci turunda Bakı "İnter"i ilə oyundan (0:1)sonra jurnalistlərə açıqlamasında deyib.
 
28 yaşlı müdafiəçi komandanın hazırkı səviyyəyə asan gəlmədiyini, çox çalışdıqlarını qeyd edib:
“Komandamız yeni yığılanda heç kim deyə bilməzdi ki, Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə apara bilərik. Bu gün bu yerdəyiksə, əziyyətimizin bəhərsinin nəticəsidir. Digər komandalar bir məşq edirsə, biz beş məşq edirdik. Komandanın yaxşı dövrü olduğu kimi, pis dövrü də olur.  Bu, futboldur. Oyun alınmayanda əlindən bir şey gəlmir”.

Kapitan sonda komandanın baş məşqçisi Samir Abasovun “Çempionatın sonuna qədər yəqin ki, 1 qələbə qazana biləcəyik” fikrinə də münasibət bildirib: “Samir müəllim yəqin ki, əsəbi olduğu üçün bu sözü deyib. Baş məşqçimiz hər zaman bizə inanır. İnanmasa, bu komandanı çalışdırmaz. Çalışacağıq ki, bütün matçlarda maksimum nəticə qazanaq”.

Daha çox


Son xəbərlər