"Sumqayıt"ın futbolçusu Rail Məlikov Topaz Premyer Liqanın 22-ci turunda Bakı "İnter"i ilə oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Ardıcıl 3 oyundur ki, məğlub olursunuz...
- Çox ciddi problemlərimiz var. Problemləri özümüzə aid edirəm. Yəqin ki çox rahatlaşmışıq. Elə bu məğlubiyyətlərə də səbəb budur. İstəyirik ki, uğursuzluğa “Kəpəz”lə oyunda son qoyaq. Tam ciddi hazırlaşmalıyıq və dönüş etməliyik.
- Səncə, bu uğursuz nəticələrin səbəbi nədir?
- Səbəbi öz səhvlərimizdir. Son nöqtəni qoya bilmirik. Qol buraxandan sonra da hesabı bərabərləşdirə bilmədik. Bir qol lazım idi ki, dönüş edək.
- Buraxılan qolda müdafiənin səhvi nə qədərdir?
- Əgər məğlub oluruqsa, qol buraxırıqsa, bütün günahı müdafiə xəttinin üzərinə atmaq düzgün deyil. Bütün komanda uduzub.
- Demək olar ki, 90 dəqiqə ərzində kombinasiyalı hücumlar təşkil edə bilmədiz. Kənardan da hiss olunur ki, Samir Abasov qışqıranda futbolçular özlərini itirirlər. Bu oyunda Xəyal Nəcəfov da özünü itirdi...
- Düzgün məşq prosesləri keçirik. Məşqçilər heyəti oyunları düzgün analiz edir. Xəyal bunu təcrübəsizlikdən edib. Samir Abasov özü də bilir ki, hansı oyunçuya təzyiq edilməlidir. Məşqçilərlə problemimiz yoxdur.
- Klub prezidenti Kamran Quliyev dedi ki, ardıcıl məğlubiyyətlərə görə cəza olacaq. Bu, maddi baxımdan cəza olsa, razılaşarsız?
- Kiminsə zəif oyununa görə bütün komandaya cəza verilməməlidir. Uduzanda komanda şəklində uduzuruq. Kamran müəllimin özündən soruşarsız ki, kimi cəzalandıracaq.
- Əsas ümidinizi “Kəpəz”lə oyuna bağladığınızı dedin. Onlar da ümidini sizinlə oyuna saxlayıb. Çünki Gəncə təmsilçisi bu gün qalib gəlib və yüksək motivasiya ilə matça çıxacaqlar.
- Çox gözəl. Baxımlı oyuna şahidlik edəcəyik. Kim güclü olsa, o qalib gəlsin.
- Avropa Liqası söz-söhbəti düşəndən sonra “Sumqayıt” məğlub olmağa başladı. Bu, oyunçuların fikirlərini yayındırmırdı?
- Bir az məsuliyyətlə yanaşmaq lazımdır. Yaşlı nəsil kimi görüb gəlmişik. Gənclər ikiqat həvəslə yanaşmalıdır. Bunu etsələr, həyəcanı yaşaya bilərlər.
- Bu komanda Avropa Liqasına yüksəlsə, nə uğur qazana bilər?
- Bunu Avroliqaya vəsiqə qazandıqdan sonra fikirləşərik.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama