"Mənə söyüş söydürəcəksiniz" – Arda Turan

"Mənə söyüş söydürəcəksiniz" – Arda Turan
XƏBƏR 13 Mart 2017 / 17:00 8707
-  A +

“Barselona”nın  futbolçusu Arda Turanın mülk və əmlakları son vaxtlar Türkiyədə geniş müzakirə olunur.

Qol.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi "instaqram" hesabında bu söz-söhbətlərə sərt reaksiya verib:

Həmin mülklərin sənədlərini göndərin, bizim də xəbərimiz olsun. Hörmətsizlik etmək lazım deyil. Xahiş edirəm, ədəbli olun. Mənə söyüş söydürəcəksiniz”.

Qeyd edək ki, 2 gün əvvəl Türkiyənin "Hürriyyət" qəzeti Arda Turanın mənzil və villalarının olduğu iddia edilən siyahı paylaşıb. Bu mülklərin ümumi dəyəri milyonlarla dolllar təşkil edib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner