AFFA Hakimlər Komitəsi Azərbaycan Premyer Liqasının XXI turunun “Kəpəz” - AZAL matçındakı qalmaqallı epizodla əlaqədar tədbir görüb.
Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə komitənin sədri Xaqani Məmmədov məlumat verib.
O bildirib ki, Gəncədə keçirilən qarşılaşmada AZAL-ın futbolçusu Alamadine Omega Robertsin meydan sahiblərinin oyunçusuna qarşı aqressiv davranışı səbəbindən cəzasız qalmasının məsuliyyəti referi Orxan Məmmədovun üzərinə düşür: "Burada səhv baş hakimdədir, epizodu gözdən qaçırıb. Yan xətt hakimi Mübariz Haşımovun günahı yoxdur. Orxan Məmmədov cəzalanıb. Lakin cəzanın nədən ibarət olduğunu açıqlamaq istəmirəm".
AFFA İntizam Komitəsi “Kəpəz” - AZAL matçının videoyazısını izlədikdən sonra A.Robertsin rəqib oyunçuya qarşı aqressiv hərəkətə yol verdiyini təsbit edib. Bu səbəbdən, liberiyalı futbolçu 3 oyunluq cəzalanıb və kluba 2 400 manat cərimə kəsib. Eləcə də, görüşün hakimi haqqında lazımi ölçü götürüb, komitənin məlumatlandırmasına dair qərar verilib.
Qeyd edək ki, adətən AFFA Hakimlər Komitəsi ciddi səhvlərə yol verən ədalət təmsilçilərini 5 oyunluq cəzalandırır.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı