"Bu da mənim üçün problem deyil" - Nazarov

"Bu da mənim üçün problem deyil" -  Nazarov
XƏBƏR 13 Mart 2017 / 12:50 3132
-  A +

“Qol vurub komandama qələbə qazandırmaq yaxşıdı, amma bu qolun müəllifinin kimin olması əhəmiyyətli deyil. Artıq qazandığımız hər xal bizə vacibdir. Əsas komandanın uğurudur".

Qol.az-ın məlumatına görə, bu sözləri milli komandamızın və Almaniyanın "Aue" klubunun  üzvü Dmitri Nazarov deyib.

Təcrübəli yarımmüdafiəçi II budesliqanın 24-cü turunda “Karlsrue” ilə oyunda penaltidən fərqlənərək komandasına qələbə qazandırıb.

Nazarov bununla bağlı Almaniya mətbuatına açıqlama verib. O, penalti vurmağın çox asan olduğunu bildirib: “Həmişə penalti zamanı topu göndərəcəyim küncü əvvəlcədən müəyyənləşdirirəm. Əlavə nəsə fikirləşmirəm. Zərbə anında gördüm ki, qapıçı həmin küncə tullanmağa hazırlaşır. Ancaq bu da mənim üçün problem deyil. Zərbə vurduğum zaman heç vaxt topun qapıdan keçib-keçməyəcəyini düşünmürəm. Sadəcə, topa yaxınlaşıb zərbəni vururam”.

Qeyd edək ki, 27 yaşlı futbolçu cari mövsüm "Aue"nin heyətində 4 qol vurub.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə