Bundesliqada 24-cü tur yekunlaşdı

Bundesliqada 24-cü tur yekunlaşdı
XƏBƏR 13 Mart 2017 / 00:41 1437
-  A +

Almaniya Bundesliqasında 24-cü tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə 2 matç keçirilib.

Öz meydanında “Auqsburq”u qəbul edən “Şalke” böyükhesablı qələbəyə sevinib.

Günün digər oyununda da 3 xalı meydan sahibləri qazanıblar. “Hamburq” Münhenqladbax “Borussiya”sından üstün olub.

Almaniya Bundesliqası

24-cü tur

12 mart

“Şalke” - “Auqsburq” 3:0
Qollar:
Buqstaller, 4; 29, Kaliqiuri, 34

“Hamburq” - “Borussiya” (Münhenqladbax) 2:1
Qollar:
Kristensen, 23 (0:1), Kostiç, 36 (1:1), Vood, 80 (2:1)

Qeyd edək ki, xallarının sayının 30-a çatdıran “Şalke” bugünkü qələbə sayəsində 11-ci, “Hamburq” isə 26 xalla 16-cı pilləyə yüksəlib.

“Bavariya” 59 xalla Bundesliqanın vahid lideridir. “Leyptsiq” 49 xalla ikinci, Dortmund “Borussiya”sı isə 43 xalla üçüncü yeri tutur.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu