“Avroliqa yolunda şanslarımız itməyib” - Şahin Diniyev

“Avroliqa yolunda şanslarımız itməyib” -  Şahin Diniyev
XƏBƏR 13 Mart 2017 / 00:14 1484
-  A +

Topaz Premyer Liqasının XXII turunda “Zirə” ilə qarşılaşacaq “Kəpəz” oyunun hazırlıqlarını başa vurub.

Qol.az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev qarşıdakı matç ilə bağlı kapazpfc.az saytına açıqlama verib:

“Həmişə olduğu kimi bizi yenə çempionatda gərgin oyun gözləyir. “Zirə” turnir cədvəlində 4-cü pillədə qərar tutub. Rəqibimiz güclü futbolçulardan qurulmuş, formalaşmış komandadır. Hər bir xətdə yaxşı oyunçuları var.

Biz evdə məğlubiyyətsiz oyunlarımızı davam etdirmək, uğurlu nəticə qazanmaq üçün meydana çıxacağıq. Mənə elə gəlir ki, Avroliqa yolunda şanslarımız itməyib, ona görə də bizim üçün ən çətin oyunlardan biri olacaq. Gec də olsa, sabah azarkeşlərimizi nəhayət ki, qələbə ilə sevindirməyə çalışacağıq”. 

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu