“Beşiktaş” öz meydanında büdrədi

“Beşiktaş” öz meydanında büdrədi
XƏBƏR 13 Mart 2017 / 00:00 2180
-  A +

Türkiyə Superliqasında 24-cü turun daha 3 oyunu keçirilib.

Qol.az xəbər verir ki, lider “Beşiktaş” öz meydanında “Kayserispor”u qəbul edib. İlk yarıda qapılara qol vurulmasa da, fasilədən sonra komandalar hərəyə 2 dəfə fərqləniblər. Aboubakarın dublu sayəsində “Qara qartal” yenilgidən xilas olub.

Liderin ən yaxın izləyicisi “Başakşehir” növbəti qələbəsini qazanıb. Səfərdə “Konyaspor”un qonağı olan “Başakşehir” 3 xalı 3 qolla əldə edib. 

“Antalyaspor” da turu qələbə ilə başa vurub. Son 2 turda xala həsrət qalan Antalya təmsilçisi Rize səfərindən 3 xalla dönüb.

Türkiyə Superliqası

24-cü tur

12 mart

“Konyaspor” - “Başakşehir” 0:3
Qollar:
Ayhan, 15, Adebayor, 55, Under, 90

“Beşiktaş” - “Kayserispor” 2:2
Qollar:
Aboubakar, 56 (1:0), Bulut, 64 (1:1), Beck, 82-avtoqol (1:2), Aboubakar, 88 (2:2)

“Rizespor” - “Antalyaspor” 1:2
Qollar:
Kadah, 21 (0:1), Etame, 40 (0:2), Cek, 80 (1:2)

Qeyd edək ki, xal itkisinə baxmayaraq, “Beşiktaş” 54 xalla Superliqanın vahid lideridir. 2 xal az toplayan “Başakşehir” ikincidir. 44 xala malik “Qalatasaray” üçüncü, 42 xallı “Fənərbaxça” isə dördüncü yeri tutur.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə