Bu gün Londonda “Arsenal”ın yüzlərlə azarkeşi etiraz aksiyası keçirib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, aksiya “Linkoln Siti”yə qarşı keçirilən ölkə kubokunun 1/4 final matçından sonra təşkil edilib. Bu görüşdə “Arsenal” 5:0 hesabı ilə qalib gəlib. Buna baxmayaraq, fanatlar aksiyada baş məşqçi Arsen Vengerin istefasını tələb edib. Onların tələblərindən biri də bu olub ki, klub rəhbərliyi bu yay fransalı mütəxəssislə başa çatacaq müqavilənin müddətini uzatmasın.
Qeyd edək ki, Venger “Arsenal”da 1996-cı ildən çalışır. Bu müddətdə onun rəhbərliyi altında komanda 3 dəfə İngiltərə çempionu, 6 dəfə ölkə kuboku, 6 dəfə də ölkə superkubokunun qalibi olub. Azarkeşlər 20 il ərzindəki bu uğurları “Arsenal” üçün çox az hesab edirlər.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı