Kakadan Neymara məsləhət: "Adını Reymar et"

Kakadan Neymara məsləhət:  "Adını Reymar et"
XƏBƏR 11 Mart 2017 / 14:46 4877
-  A +

ABŞ-ın “Orlando Siti” komandasının brazilyalı ulduzu  Kaka  “Barselona”nın futbolçusu Neymar haqqında maraqlı açıqlama verib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Neymarı dünyanın ən yaxşıları sırasında görən  34 yaşlı yarımmüdafiəçi həmyerlisinə zarafatından da qalmayıb.

O, Neymarın dünyanın ən yaxşı futbolçusu olması üçün öz adında dəyişiklik etməsini məsləhət görüb:
“Düşünürəm ki, Neymar adını “Reymar” etsə, dünyanın ən yaxşısı olmaq ehtimalı artar. Çünki bütün uğurlu karyerası olan brazilyalı futbolçuların adları “R” hərfi ilə başlayır”.

Qeyd edək ki, Kaka 2007-ci ildə dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb.

Son xəbərlər