Hakimlər tətil etdi - çempionat dayandı

Hakimlər tətil etdi -  çempionat dayandı
GÜNDƏM 11 Mart 2017 / 13:37 3238
-  A +

Meksika çempionatında 10-cu turun oyunları təxirə salınıb.

Qol.az-ın xəbərinə görə, bu barədə məlumatı Meksika Futbol Federasiyası yayıb. Səbəb hakimlərin tətil etməsidir.

Hakimlər onlara təzyiq göstərən futbolçuların düzgün şəkildə cəzalandırılmamasından narazıdır.

Son turda “Amerika”nın müdafiəçisi Pablo Aqilar və “Toluka”nın hücumçusu Enrike Triverio oyunun gedişində hakimə hücum ediblər. Onlar müqavfiq olaraq 10 və 7 oyunluq cəza alıb. Hakimlər bu cəzanın çox yüngül olduğunu bildirirlər.

Daha çox


Son xəbərlər