Millimizin rəqibi üçün Braziliya və İspaniya

Millimizin rəqibi üçün Braziliya və İspaniya
XƏBƏR 11 Mart 2017 / 12:29 1822
-  A +

Almaniya millisi iki yoxlama oyunu keçirəcək.

Qol.az-ın xəbərinə görə, DÇ-2018-in seçmə mərhələsində millimizlə bir qrupda mübarizə aparan Yoahim Lövün komandası İspaniya və Braziliya ilə qarşılaşacaq. Hər iki görüş gələn ilin mart ayına planlaşdırılır.

Almanların İspaniya ilə matın 23-ü, Braziliya ilə isə 27-də üz-üzə gələcəyi bildirilir. Hər iki görüş DÇ-2018-ə hazırlıq xarakterlidir.

Qeyd edək ki, bundestim DÇ-2018-in seçmə mərhələsində növbəti oyununu martın 26-da Bakıda millimizə qarşı keçirəcək.

Daha çox


Son xəbərlər