"Barselona"nın 6-cı qolundan sonra zəlzələ

"Barselona"nın 6-cı qolundan sonra zəlzələ
XƏBƏR 11 Mart 2017 / 10:30 5582
-  A +

Çempionlar Liqasında 1/8 finalında keçirilən "Barselona" - PSJ cavab görüşü zamanı Kataloniyada seysmik aktivlik qeydə alınıb.

Qol.az-ın "Marca"ya istinadən məlumatına görə, buna "Barsa"nın azarkeşləri səbəb olub. "Nou Kamp" stadionu yaxınlığındakı Jaume Almera adına Geologiya İnstitutunda seysmoqraflar Kataloniya klubunun 6-cı qolundan sonra yer səthinin silkələndiyini bildiriblər. Serxi Robertonun qolundan sonra Rixter şkalası üzrə 1 maqnitudalı zəlzələ baş verib. Adi həyatda insanlar belə zəlzələni nadir hallarda hiss edirlər. Lakin bu, seysmoqraflar tərəfindən daim qeydə alınır.

Xatırladaq ki, ilk matçda PSJ-yə 0:4 hesabı ilə uduzan "Barselona" cavab qarşılaşmasında 6:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Daha çox


Son xəbərlər