"Traktor Sazi" səfərdən xalla dönür

"Traktor Sazi" səfərdən xalla dönür
XƏBƏR 11 Mart 2017 / 00:55 1594
-  A +

İran çempionatında 24-cü tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, Təbrizin “Traktor Sazi” klubu səfərdə “Foolad”la qarşılaşıb. Oyunda qapılara qol vurulmayıb.

46 xalla ikinci pillədə yer alan Təbriz klubunu lider “Persepolis”lə 10 xal ayırır.

Təbrizin digər klubu “Qostareş” isə öz meydanında “Səba Qum”la qolsuz heç-heçə edib. Təbrizlilər 31 xalla 9-cu pillədədir.

Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner