Millimizin üzvü komandasına qələbə qazandırdı

Millimizin üzvü komandasına qələbə qazandırdı
XƏBƏR 11 Mart 2017 / 00:25 3548
-  A +

Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları keçirilir.
 
Qol.az-ın xəbərinə görə, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” öz meydanında “Karlsrue” ilə qarşılaşıb. Oyun “Aue”nin 1:0  hesablı qələbəsi ilə başa çatıb.

Nazarov sabiq komandasına qarşı oyunun start heyətinə meydana çıxıb və sona qədər mübarizə aparıb. Oyunda yeganə qolun müəllifi də millimizin üzvü olub. O, 36-cı dəqiqədə penaltidən fərqlənib.
 
Qeyd edək ki, 24 oyundan sonra hesabında 22 xal olan “Aue” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.

Son xəbərlər