"Futbolçularımızı təbrik edirəm. Yaxşı oyun sərgilədilər".
Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının yoldaşlıq görüşündə Qətər yığması üzərində 2:1 hesablı səfər qələbəsini dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, oyunu yayımlamaq imkanının olmaması Qətərin istəyi ilə olub: "Bizim oyunumuzu kim izləyəcəkdi ki? Almaniya? Onlar bizim oyun sirlərimizi öyrənəcəkdilər? Qətər tərəfi belə istəyibsə, problem yoxdur. Millimiz normal çıxış etdi. Yəqin ki, oyunun videoyazısını göstərərlər".
R.Abdullayev Almaniya ilə martın 26-da Bakıda keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçına hazırlıq barədə də danışıb: "Hazırlıq prosesi qaydasında gedir. Görək, necə olacaq. Hər şey mümkündür. Top yumru, meydan düzdür".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya görüşü saat 20:00-da başlanacaq.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu