La Liqada ayın ən yaxşıları

La Liqada ayın ən yaxşıları
XƏBƏR 10 Mart 2017 / 17:02 2334
-  A +

İspaniya La Liqasında fevral ayının ən yaxşıları müəyyənləşib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ən yaxşı futbolçu adına "Eybar"ın hücumçusu Serxi Enrik layiq görülüb. İspan futbolçu fevralda meydana çıxdığı 5 oyunda 4 qol vurub, 2 qolun ötürməsini edib.

Ötən ayın ən yaxşı baş məşqçisi isə "Eybar"ın çalışdırıcısı Xose Luis Mendilibar olub. Onun komandası fevralda keçirdiyi 5 oyunun 3-də qalib gəlib, 2-də heç-heçə edib.



Son xəbərlər