Teo Uiks. "Qırmızı-qara" formaya yeni qovuşanda "Qəbələ"ni çiyinlərində daşıyan "qarabala". Avropa Liqasının təsnifat mərhələsində kimlərə qan uddurmadı, bu futbolçu!? Ancaq qış fasiləsindən sonra mərkəz yarımmüdafiəçisi kölgəyə çəkilib. Nə oldu sənə, Teo?
Verdiyi müsahibədə Uiks bir çox suallara aydınlıq gətirdi.
- Milli komandaya görə yaranan fasilədən necə istifadə edirsiniz?
- Məşqlər qaydasındadır. Qəbələdə hazırlaşırıq.
- Liderliyinizi qoruyub saxlamağa, çempion olmağa tam hazırsınız?
- Əlbəttə! Mövsümün əvvəlindən çempion olmağa hazırıq. Düzdür, çətin olacaq, amma birincinliyi qazanmalıyıq.
-Çempionatın son turunda “İnter”ə qarşı yaxşı oynadınız. Amma qış fasiləsindən sonrakı matçların hamısı haqqında bunu deyə bilmərik...
- Bəzən yaxşı oynamaq mümkün deyil. Hər zaman əsas olan 3 xaldır. Yaxşı oynayıb, 3 xal qazanmasaq, nə faydası?! Bizi çempion yaxşı futbol deyil, qazandığımız xallar edəcək.
- Qış fasiləsindən sonra çox az forma şansı qazanırsan...
- Düzdür, bu, mənim üçün yaxşı hal deyil. Amma şansımı gözləyirəm. Bəzən futboldakı reallıqlarla barışmalısan. Mən “Qəbələ”nin futbolçusuyam, hər zaman meydana çıxmağa, komandama kömək olmağa hazıram.
- Legioner limiti haqqında nə düşünürsən?
- Hazırda ən çox “Qəbələ”nin çempionluğuna töhvə vermək haqqında düşünürəm. Komandam üçün lazımlı işlər görməliyəm. Limit bu çempionatın ən böyük problemlərindən biridir. Bu, məşqçilərin istədiyi heyəti qurmasına da çətinlik yaradır. Amma sonda onlar qərar verirlər.
- Qarşıdakı 7 oyununuzdan 5-i səfərdədir. Çətin olmayacaq?
- Məncə, səfərdə və ya evdə oynamağı düşünməyə dəyməz. Əgər hədəf qızıl medallardısa, bütün matçlara qalib ruhu ilə meydana ayaq basmalıyıq. Evdə və ya səfərdə, nə fərqi var? Harda oynamağımız önəmli deyil.
- Hakimlik səni də narahat edir?
- Burda referilər inaılmazdır. Hər oyunda bir gözlənilməz qərar verirlər.
- “Qəbələ” rəsmilərinə və Nika Kvekveskiriyə verilən cəzalardan sən də narazı idin?
- Klub rəsmilərinə verilən cəzaları şərh edə bilmərəm. Çünki nə baş verdiyi haqqında məlumatım yoxdur. Amma Nikaya verilən qırmızı çox inanılmazdır.
- “Neftçi” qış fasiləsindən sonra yaxşı təsir bağışlayır. Növbəti oyununuz onlara qarşıdır....
- Formada olsalar da, olmasalar da, bizi öz oyunumuz və 3 xal düşündürür. Onlardan 3 xal almaq üçün hər şeyi edəcəyik. Bütün oyunlarda qalib gəlməliyik.
Mənbə: sport24.az
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu