"Beşiktaş"dan heç-heçə, "Roma" uduzdu

"Beşiktaş"dan heç-heçə, "Roma" uduzdu
GÜNDƏM 10 Mart 2017 / 01:57 11096
-  A +

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.

Qol.az-ın məlumatına görə, günün maraqlı oyunlarından biri Rostovda keçirilib. Rusiyanın eyniadlı təmsilçisi öz meydanında “Mançester Yunayted”i qəbul edib. Qonaqlar ilk yarıda hesabı açsalar da, fasilədən sonra "Rostov" bərabərlik qolunu vurub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” səfərdə “Olimpiakos”un qonağı olub. “Qara qartal” matçın gedişində hesabda geri düşsə də, yekundan 1:1-lik bərabərliyə nail olub. 

Rusiyanın Avroliqadakı digər təmsilçisi “Krasnodar” səfərdə “Selta”nın qonağı olacaq. Rusiya təmsilçisi son dəqiqədə qapısında gördüyü qolla meydanı məğlub tərk edib - 1:2.

Turnirin favoritlərindən olan “Roma”nı çətin sınaq gözləyirdi. “Canavarlar” səfərdə “Lion”la üz-üzə gəlib. 6 qolun vurulduğu matçda sevinən fransızlar olub.  

UEFA Avropa Liqası

1/8 final, ilk oyunlar

9 mart

“Selta” (İspaniya) - “Krasnodar” (Rusiya) 2:1
Qollar:
Vass, 50 (1:0), Klaesson, 56 (1:1), Beauvue, 90 (2:1) 

“Gent” (Belçika) - “Genk” (Belçika) 2:5
Qollar:
Malinovski, 21 (0:1), Kalu, 27 (1:1), Kolley, 33 (1:2), Samata, 41 (1:3), Uronen, 45+2 (1:4), Koulibali, 61 (2:4), Samata, 72 (2:5)

“Lion” (Fransa) - “Roma” (İtaliya) 4:2
Qollar:
Diabi, 8 (1:0), Salah, 20 (1:1), Fazio, 33 (1:2), Tolisso, 47 (2:2), Fekir, 74 (3:2), Lakazatte, 90+2 (4:2)

“Olimpiakos” (Yunanıstan) - “Beşiktaş” (Türkiyə) 1:1
Qollar:
Kambiasso, 36 (1:0), Aboubakar, 53 (1:1) 

“Şalke” (Almaniya) - “Borussiya” (Münhenqladbax) 1:1
Qollar:
Hoffman, 15 (0:1), Bureqstaller, 25 (1:1)

APOEL (Kipr) - “Anderlext” (Belçika) 0:1
Qol:
Stanku, 29

“Kopenhagen” (Danimarka) - “Ayaks” (Belçika) 2:1
Qollar:
Falk, 1 (1:0), Dolberq, 32 (1:1), Kornelius, 60 (2:1)

“Rostov” (Rusiya) - “Mançester Yunayted” (İngiltərə) 1:1
Qollar:
Mxitaryan, 35 (0:1), Buxarov, 53 (1:1)

Qeyd edək ki, Avroliqada 1/8 final mərhələsinin cavab görüşləri martın 16-da keçiriləcək. 

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq