“Liverpul”da ayın ən yaxşısı müəyyənləşdi

“Liverpul”da ayın ən yaxşısı müəyyənləşdi
XƏBƏR 9 Mart 2017 / 01:02 1456
-  A +

“Liverpul”un fevral ayında ən yaxşı oyunçusunun adı məlum olub.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu ada yarımmüdafiəçi Sado Mane layiq görülüb.

Seneqallı futbolçu azarkeşlər arasında keçirilən sorğuda qalib olub.

Bununla bağlı Mane deyib: “Liverpul” geridə qalan müddətdə çətin bir neçə həftə keçirdi. Bizim işimiz asan deyildi. Azarkeşlər də bəzən haqlı olaraq narazılıq edirlər. Amma bütün bunlar futbolun ayrılmaz hissəsidir.

Çətinliklər artıq geridə qalıb. Yenidən özümüzə inanırıq. Mövsümün sonuna kimi əlimizdən gələni edəcəyik ki, azarkeşlər “Liverpul”la fəxr etsin”.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq