Xabi Alonso finalda “Real”la qarşılaşmaq istəyir

Xabi Alonso finalda “Real”la qarşılaşmaq istəyir
XƏBƏR 8 Mart 2017 / 18:20 2877
-  A +

Mövsümün sonunda futboldan gedəcəyini açıqlayan “Bavariya”nın futbolçusu Xabi Alonso  Çempionlar Liqasının final mərhələsində “Real”la qarşılaşmaq istədiyini açıqlayıb.

Qol.az-ın xəbərinə görə, 35 yaşlı yarımmüdafiəçi futbol karyerasını bitirməzdən öncə sabiq komandası “Real”a qarşı oynamaq arzusundadır:

''Məncə, “Real” və “Atletiko” turnirin ən güclü komandalarındandır. Onlarla finalda qarşılaşmaq bizim üçün daha yaxşı olar. “Barselona”nı da siyahıdan silmək istəməzdim. Amma PSJ ilə görüşdə 0:4 hesablı məğlubiyyətin əvəzini çıxmaq asan görünmür”.

Qeyd edək ki, “Bavariya” Çempionlar Liqasının 1/4 finalına yüksəlib.

 


Son xəbərlər
topaz banner