Mançini Messinin baş məşqçisi olmaq istəyir

Mançini Messinin baş məşqçisi olmaq istəyir
XƏBƏR 8 Mart 2017 / 15:40 3034
-  A +

İtaliyalı məşqçi Roberto Mançini ən böyük xəyalının Messi ilə çalışmaq olduğunu açıqlayıb.

Qol.az-ın xəbərinə görə, hazırda klubsuz qalan 52 yaşlı mütəxəssis  “Super Deportivo”ya müsahibəsində Messinin möhtəşəm bir futbolçu olduğunu, onunla işləmək istədiyini deyib:

"O, hazırda dünyanın ən yaxşısıdır. Ümid edirəm ki, bir gün onun oynadığı bir komandanı çalışdırıb, onun baş məşqçisi olaram”.

Qeyd edək ki, Mançininin son klubu Milan "İnter"i olub.


Son xəbərlər
topaz banner